Yuxarı

Rusiyada silah anbarının mühafizəçilərinə qumbara atılıb, bir hərbçi yaralanıb

Rusiyada silah anbarının mühafizəçilərinə qumbara atılıb, bir hərbçi yaralanıb

Bakı. 21 may. REPORT.AZ/ Rusiyanın Samara şəhərində silah anbarının mühafizəçilərinə hücum olub.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin regional idarəsinin nümayəndəsi deyib.

Hücum edən şəxsin ad-soyadı açıqlanmasa da, onun 34 yaşı olduğu bildirilib.

Məlumata görə, həmin kişi əsgərlərin xidmət etdikləri silah anbarına yaxınlaşıb. Mühafizəçilər ondan ərazini tərk etməyi tələb ediblər. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Həmin kişi hərbçilərin üzərinə “F-1” döyüş qumbarası atıb. Hərbçilərdən biri qəlpə yarası alıb.

Hücum edən şəxs barəsində Rusiya Cinayət Məcəlləsinin iki nəfəri öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi