Rusiyada sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların sayı artıb - YENİLƏNİB

Rusiyada sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların sayı artıb - YENİLƏNİB Bakı. 29 iyul. REPORT.AZ/ Rusiyada sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların sayı artıb.
Region
29 İyul , 2018 00:31
Rusiyada sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların sayı artıb - YENİLƏNİB

Bakı. 29 iyul. REPORT.AZ/ Rusiyada sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların sayı artıb.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan 13-ü Domodedovo xəstəxanasına yerləşdirilib. Daha 7 nəfər isə Podolskdakı zədə mərkəzinə təxliyyə edilib. Xəsarət alanlar arasında azyaşlı da var. 

Qeyd edək ki, hadisə Moskva vilayətində, Domodedovo rayonunda baş verib. Qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub. Nəticədə avtobus yol kənarındakı küvetə - xəndəyə aşıb. 

Hadisə zamanı avtobusda 27 sərnişin olub. Onlardan 4-ü uşaqdır. 


***19:51

Rusiyada sərnişin avtobusu aşıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Moskva vilayətində, Domodedovo rayonunda baş verib. Hadisə zamanı 16 nəfər (bəzi xəbərlərə görə 12 nəfər- red) xəsarət alıb. Onlardan 8-i xəstəxanaya yerləşdirilib.

Qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub. Nəticədə avtobus yol kənarındakı küvetə - xəndəyə aşıb. Hadisə zamanı avtobusda 27 sərnişin olub. Onlardan 4-ü uşaqdır. 

Son xəbərlər

Orphus sistemi