Rusiyada qızıl mədəni uçub, 150-yə yaxın işçi yerin altında qalıb

Rusiyada qızıl mədəni uçub, 150-yə yaxın işçi yerin altında qalıb Hadisənin baş verməsinə səbəb kimi yeraltı suların karxananın divarını yuması göstərilir
Region
23 May , 2016 13:09
Rusiyada qızıl mədəni uçub, 150-yə yaxın işçi yerin altında qalıb

Bakı. 23 may. REPORT.AZ/ Rusiyanın Krasnoyarsk diyarının Şimali Yenisey rayonunda "Vostoçnıy" qızıl mədənində dağın uçması nəticəsində karxanaya enmək və qalxmaq üçün yol bağlanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli Baş İdarəsinin təmsilçisi Alyona Aleksişina bildirib.

Onun sözlərinə görə, mədənin dibində 150-yə yaxın işçi qalıb: "Onların həyatı üçün heç bir təhlükə mövcud deyil və xəsarət alan yoxdur".

İlkin məlumata əsasən, hadisənin baş verməsinə səbəb kimi yeraltı suların karxananın divarını yuması göstərilir.

Hadisə yerində əməliyyat-qərargahı fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi