Yuxarı

Rusiyada polislərə Azərbaycanda istirahət etməyə yenidən icazə verilib

Bu ilin fevralından tətbiq olunmuş məhdudiyyət aradan qaldırılıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Rusiyada polislərə Türkiyə və Azərbaycanda dincəlməyə yenidən icazə verilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Rusiya polisləri dünyanın 20-dən artıq ölkəsinə, o cümlədən, Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) dincəlməyə gedə bilər.

Xatırladaq ki, ABŞ-la Rusiya arasında bağlanmış müqaviləyə əsasən, tərəflər qarşılıqlı olaraq cinayətkarları təhvil verməlidir. Ancaq Krımı ilhaq edəndən və Ukraynanın şərqindəki vəziyyətdən sonra Vaşinqtonla Moskva arasında münasibətlərdə ciddi problem yaranıb. Hətta ABŞ Rusiyanın bir sıra dövlət məmurlarına qarşı sanksiya tətbiq edib. Bu səbəbdən 2015-ci ilin fevralından Rusiyada polisin və dügər güc strukturları əməkdaşlarının xaricdə istirahət etmələri məhdudlaşdırılmışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi