Rusiyada pandemiya qurbanlarının sayı 17-yə çatdı

Rusiyada pandemiya qurbanlarının sayı 17-yə çatdı Rusiyada son sutkada 8 nəfər koronavirusdan ölüb.
Region
31 Mart , 2020 13:19
Rusiyada pandemiya qurbanlarının sayı 17-yə çatdı

Rusiyada son sutkada 8 nəfər koronavirusdan ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bildirilib ki, ölümlərin 5-i Moskvada qeydə alınıb və ümumilikdə ölkədə virusdan ölənlərin sayı 17-yə çatıb.

Məlumatda həmçinin vurğulanıb ki, bu günədək koronavirusa yoluxmuş 121 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 788 000-ü ötüb. Bunların 166 424 nəfəri sağalıb, 37 877 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi