Yuxarı

Rusiyada Komi Respublikasının daxili işlər naziri korrupsiya şübhəsi ilə saxlanılıb

​Rusiyada Komi Respublikasının daxili işlər naziri korrupsiya şübhəsi

Rusiya Federasiyasının Komi Respublikasının daxili işlər naziri Viktor Polovnikov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin saytında məlumat verilib.

Bildirilib ki, xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinən V.Polovnikov barəsində cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində qətimkan tədbiri seçilməsi məsələsinə baxılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi