Yuxarı
    Bağlamaq

    Rusiyada həbsdə olan Ukraynanın xalq deputatı Nadejda Savçenkonu aparan təyyarə Kiyevə yola düşüb

    Onu ölkə prezidenti Pyotr Poroşenkonun Kiyevin hava limanında qarşılayacağı gözlənilir

    Bakı. 25 may. REPORT.AZ/ Rusiyada həbsdə olan Ukraynanın xalq deputatı Nadejda Savçenko ölkəsinə qayıdır.

    "Report" UNN agentliyinə istinadən xəbər verir ki, Nadejda Savçenkonu aparmaq üçün Rusiyanın Rostov şəhərinə uçan Ukrayna prezidentinin təyyarəsi havaya qalxıb. 

    Məlumata görə, onu Ukrayna prezidentinin mətbuat katibi Vladislav Tseqolko və parlament sədrinin müavini İrina Geraşenko müşayiət edir. 

    Xəbərə əsasən, N.Savçenkonu Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevin hava limanında qarşılayacağı gözlənilir.

    Rusiyanın N.Savçenkonu hansı formada azadlığa buraxmasının detalları məlum olub. Məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsində həbsdə olan Rusiyanın xüsusi təyinatlıları Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovun əvf edilməsi haqda fərman imzalayıb. Rusiya xüsusi təyinatlıları N.Savçenkonu ilə dəyişdirilib.

    Qeyd edək ki, Rusiya məhkəməsi bu il martın 22-də Nadejda Savçenkoya cəzasını ciddi rejimli həbsxanada çəkməklə 22 il həbs cəzası vermişdi. O, Ukraynanın Donbas bölgəsində rusiyalı iki jurnalistin ölümündə iştirak etməkdə ittiham olunurdu.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi