Yuxarı

​Rusiyada Ermənistandan gətirilən tomatın tərkibində güvə aşkarlanıb

Bu ölkədən Krasnodar diyarına idxal edilən 22 ton tomat geri qaytarılıb

Bakı. 10 fevral. REPORT.AZ/ Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət İdarəsinin Krasnodar diyar bölməsi Ermənistandan gətirilən 22 ton tomatı geri qaytarıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, həmin məhsulun tərkibindən tomat güvəsi həşəratı aşkarlanıb.

Qeyd edək ki, yanvarın 20-də Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət İdarəsi Ermənistanın bir sıra kənd təsərrüfatı məhsullarının idxalını qadağan edib. Rusiya tərəfi bunu Ermənistandakı qeyri-sabit epizootik vəziyyətlə əlaqələndirmişdi. RF-nin müvafiq qurumları bildirmişdi ki, Ermənistanda heyvanlar arasında dabaq xəstəliyi yayılıb və bunun Rusiya ərazisinə keçmə təhlükəsi var. Ermənistandan Rusiyaya dabaq xəstəliyinə yoluxmağa daha çox həssas olan heyvanların - donuz, qaramal, qoyun, keçi, camış və onların əti, süd məhsulları, yun, dəri və s. məhsulların idxalı müvəqqəti olaraq qadağan edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi