Yuxarı

​Rusiyada zorakılğı təbliğ edən KİV bir milyon rubladək cəzalandırılacaq

Bu qaydaları pozan KİV-in fəaliyyəti dayandırıla da bilər

Bakı. 22 dekabr. REPORT.AZ/ Rusiya hökuməti KİV-də ekstremizm və terror fəaliyyətinə haqq qazandıran, çağırışlar edənlərin bir milyon rubladək (13 min manata yaxın) cəzalandırılması ilə bağlı qanun dəyişiklikləri layihəsini Dövlət Dumasına göndərib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, Rusiya Vətəndaş Cəmiyyəti İnkişafı və İnsan Haqları üzrə Şuranın başçısı Mixail Fedetovun sözlərinə görə, bu qaydaları pozan KİV-in fəaliyyəti dayandırıla da bilər.

Həmin dəyişikliklərə əsasən, "zorakılığı və qəddarlığı təbliğ edən" materiallar yayanlar da məsuliyyətə cəlb ediləcək.

"Terrorçuluq və ya ekstremizmə çağırış edən" KİV əmlakı müsadirə edilməklə 100 mindən bir milyon rubladək cərimə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi