Yuxarı

Rusiyada dustaqlar arasında dava olub, 15 nəfər yaralanıb

Bakı. 9 fevral. REPORT.AZ/ Rusiyanın Samara vilayətində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində dustaqlar arasında şam yeməyi zamanı münaqişə baş verib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, faktı Rusiya Federal Penitensiar Xidmətinin vilayət üzrə İdarəsi təsdiq edib.

Bildirilir ki, insident nəticəsində 15 məhbus xəsarət alıb.

"Münaqişə nəticəsində 15 məhbus cüzi travma alıb, onlara yerində tibbi yardım göstərilib", - deyə müəssisə nümayəndəsi söyləyib.

Hazırda münaqişə öz həllini tapıb, vəziyyət sabitləşib və təcridxana ştat rejimində işini davam etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi