Rusiyada dustaqlar arasında dava olub, 15 nəfər yaralanıb

Rusiyada dustaqlar arasında dava olub, 15 nəfər yaralanıb Bakı. 9 fevral. REPORT.AZ/ Rusiyanın Samara vilayətində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində dustaqlar arasında şam yeməyi zamanı münaqişə baş verib.
Region
9 Fevral , 2019 00:44
Rusiyada dustaqlar arasında dava olub, 15 nəfər yaralanıb

Bakı. 9 fevral. REPORT.AZ/ Rusiyanın Samara vilayətində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində dustaqlar arasında şam yeməyi zamanı münaqişə baş verib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, faktı Rusiya Federal Penitensiar Xidmətinin vilayət üzrə İdarəsi təsdiq edib.

Bildirilir ki, insident nəticəsində 15 məhbus xəsarət alıb.

"Münaqişə nəticəsində 15 məhbus cüzi travma alıb, onlara yerində tibbi yardım göstərilib", - deyə müəssisə nümayəndəsi söyləyib.

Hazırda münaqişə öz həllini tapıb, vəziyyət sabitləşib və təcridxana ştat rejimində işini davam etdirir.

Son xəbərlər

Orphus sistemi