​Rusiyada dövlət məmurlarının sayı 10 faiz ixtisar ediləcək

​Rusiyada dövlət məmurlarının sayı 10 faiz ixtisar ediləcək Bu haqda baş nazir Dmitri Medvedev qərar imzalayıb
Region
21 Dekabr , 2015 15:50
​Rusiyada dövlət məmurlarının sayı 10 faiz ixtisar ediləcək

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedev dövlət məmurlarının sayının 10 faiz ixtisar edilməsi ilə bağlı qərarı imzalayıb.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Qərar 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Sənədin icrası baş nazirin müavini Sergey Prixodkoya tapşırılıb.

"Çətin qlobal mühitin şərtləri daxilində biznesin və insanlarımızın tələbatının ödənilməsi üçün büdcənin sadə olmayan vəziyyətində səmərəli fəaliyyət göstərmək vacibdir. Bizə yığcam administrasiya lazımdır. Biz bu haqda həmişə, hətta böhranın təsirindən kənar danışanda da demişik. İdarəetmə aparatının elastiklik qabiliyyəti var. Əgər onun ölçüsünə nəzarət edilməzsə, obyektiv səbəblərdən genişlənəcək", - Dmitri Medvedev məsələ ilə bağlı keçirdiyi müşavirədə bildirib. 

Son xəbərlər

Orphus sistemi