Moskvada atışma ilə əlaqədar 9 nəfər saxlanılıb - YENİLƏNİB

Moskvada atışma ilə əlaqədar 9 nəfər saxlanılıb - YENİLƏNİB Moskvanın Kaşirsk şosesindəki avtomobil dayanacağında baş vermiş atışmadan sonra bir neçə nəfər saxlanılıb.
Region
24 May , 2020 23:44
Moskvada atışma ilə əlaqədar 9 nəfər saxlanılıb - YENİLƏNİB

Moskvanın Kaşirsk şosesindəki avtomobil dayanacağında baş vermiş atışmadan sonra bir neçə nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib.

"Hazırda yaralı ilə birlikdə ümumilikdə doqquz nəfər saxlanılıb. Onlardan hər birinin hadisədə iştirakı müəyyənləşdirilir, - mənbə agentliyə bildirib. 


***22:39

Rusiyanın paytaxtı Moskvanın cənubunda, Kaşirsk şosesindəki avtomobil dayanacağında baş verən atışma nəticəsində bir nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

"İlkin informasiyaya görə, atışma nəticəsində 1 nəfər yaralanıb. Ona tibbi yardım göstərilir", - mənbə agentliyə bildirib.

Mənbənin məlumatına görə, atışma iştirakçıları yivli silahdan istifadə ediblər.

İstintaq Komitəsi zərərçəkmiş haqqında informasiyanı təsdiqləyib. "Moskvanın cənubunda atışma nəticəsində kişinin yaralanması faktı üzrə araşdırma aparılır", - deyə komitənin nümayəndəsi Yuliya İvanova bildirib. 

"İndi hadisə yerində müstəntiqlər işləyirlər. Hadisənin tam təfərrüatı müəyyən edilir", - İvanova əlavə edib.

Son xəbərlər

Orphus sistemi