​Rusiya zabitləri Rostovda təlim keçəcək

​Rusiya zabitləri Rostovda təlim keçəcək Hərbi tədbirdə Xəzər Hərbi Donanmasının komandirləri də iştirak edəcək
Region
15 Dekabr , 2014 14:22
​Rusiya zabitləri Rostovda təlim keçəcək

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiya Müdafiə Nazirliyi Cənub dairəsi hərbi rəhbər heyətinin yığımına başladığını elan edib.

"Report" "BBC"yə istinadən xəbər verir ki, tədbirə 200-ə yaxın zabit, o cümlədən general qatılacaq.

"Təlim dekabrın 17-də Rostov vilayətində keçiriləcək. Tədbirdə Qara dəniz və Xəzər dəniz donanmalarının, ümum qoşun birlikləri, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qüvvələri, dəmiryol hərbi hissələri, birlik və hərbi hissələrin 200-ə yaxın zabiti, o cümlədən generallar iştirak edəcək" - deyə, Cənub Hərbi Dairəsinin mətbuat katibliyi bildirib.

Mühazirə və seminarla yanaşı, iştirakçılar praktik atəş açma təlimini də keçəcək. 

Son xəbərlər

Orphus sistemi