Yuxarı

Rusiya XİN Yunanıstanın səfirinə etirazını bildirib

Rusiya XİN Yunanıstanın səfirinə etirazını bildirib

Bakı. 20 iyul. REPORT.AZ/ Yunanıstanın Rusiyadakı səfiri Andreas Friqanas Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, XİN-də A.Friqanasa iki Rusiya diplomatının ölkədən çıxarılması və daha iki Rusiya vətəndaşına ölkəyə giriş icazəsinin verilməməsi ilə bağlı rəsmi Afinanın antirusiya siyasətinə görə etiraz bildirilib.

Xatırladaq ki, Yunanıstanın "Katimerini" qəzeti iyulun 11-də yüksək səviyyəli diplomatik mənbələrə istinadən Yunanıstan tərəfinin iki Rusiya diplomatını ölkədən çıxardığını və daha iki Rusiya vətəndaşına milli təhlükəsizliyə qarşı qanunsuz hərəkətlər etdiklərinə görə ölkəyə daxil olmaq icazəsi verilmədiyini yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi