Rusiya XİN: Suriyada terrorçular arasında 4 mindən çox rusiyalı var

Rusiya XİN: Suriyada terrorçular arasında 4 mindən çox rusiyalı var Bakı. 10 may. REPORT.AZ/ “Rusiyanın 4 mindən çox vətəndaşı Suriyada terrorçuların sırasında döyüşür”.
Region
10 May , 2018 19:39
Rusiya XİN: Suriyada terrorçular arasında 4 mindən çox rusiyalı var

Bakı. 10 may. REPORT.AZ/ “Rusiyanın 4 mindən çox vətəndaşı Suriyada terrorçuların sırasında döyüşür”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromoltov ATƏT-in terrorla mübarizəyə həsr olunmuş konfransında bildirib.

“Hazırda Rusiyadan gedib silahlı qruplaşmaların tərkibində döyüşən 4 mindən çox vətəndaşımızın işi hüquq mühafizə orqanlarının nəzarəti altındadır. Terrorçuların çoxu rusiyaəsilli olduqlarını bildirsələr də, onlar ölkəmizə qayıtmağa cəhd göstərmirlər. Onlar Rusiyada sərt və ədalətli cinayət təqibindən qaça bilməzlər”, - o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi