Rusiya XİN Fransada Süleyman Kərimovun saxlanılması ilə bağlı Parisə nota göndərib

Rusiya XİN Fransada Süleyman Kərimovun saxlanılması ilə bağlı Parisə nota göndərib Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyi (XİN) Fransanın Nitsa şəhərində rusiyalı senator Süleyman Kərimovun yerli polis tərəfindən saxlanılması ilə bağlı Parisə rəsmi nota göndərib.
Region
22 Noyabr , 2017 16:16
Rusiya XİN Fransada Süleyman Kərimovun saxlanılması ilə bağlı Parisə nota göndərib

Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyi (XİN) Fransanın Nitsa şəhərində rusiyalı senator Süleyman Kərimovun yerli polis tərəfindən saxlanılması ilə bağlı Parisə rəsmi nota göndərib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının Beynəlxalq Komitəsinin rəhbəri Konstantin Kosaçev Palatanın iclasında bildirib.

O həmçinin S.Kərimovun saxlanılması ilə bağlı vəziyyəti aydınlaşdırmaq məqsədilə dünən Fransanın Rusiyadakı müvəqqəti işlər vəkilinin XİN-ə çağırıldığını qeyd edib.

K.Kosaçev rusiyalı siyasətçiyə qarşı hələ də konkret ittiham irəli sürülmədiyini və qətimkan tədbirinin müəyyən edilmədiyini deyib.

Qeyd edək ki, rusiyalı senator Süleyman Kərimov noyabrın 20-də Nitsada Fransa polisi tərəfindən saxlanılıb. Yerli KİV onun Fransada vergidən yayınmaqda şübhəli bilindiyini qeyd edir.

Son xəbərlər

Orphus sistemi