Rusiya XİN başçısı: "Səfir Andrey Karlovun cəsədi bu gün Rusiyaya çatdırılacaq"

Rusiya XİN başçısı: "Səfir Andrey Karlovun cəsədi bu gün Rusiyaya çatdırılacaq" "Bu faciə bizi terrorla daha qətiyyətli mübarizə aparmağa məcbur edir"
Region
20 Dekabr , 2016 13:05
Rusiya XİN başçısı: Səfir Andrey Karlovun cəsədi bu gün Rusiyaya çatdırılacaq

Bakı. 20 dekabr. REPORT.AZ/ "Səfirin öldürülməsi Rusiya və Türkiyəni terrorla daha qətiyyətli mübarizə aparmağa məcbur edir. Bu mənada bugünkü görüşümüz daha aktualdır".

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə deyib.

Nazir bildirib ki, səfir Andrey Karlovun cəsədi bu gün vətənə çatdırılacaq və ailəsinə, yaxınlarına təhvil veriləcək.

O, türkiyəli həmkarı və ardından İran tərəfinin iştirakı ilə qarşıdakı danışıqların Suriya məsələsinin nizamlanması çərçivəsində razılıq əldə edilməsinə imkan verəcəyinə ümid etdiyini bildirib.

"Heç bir halda terrorçulara güzəştə getmək olmaz", deyə Rusiya XİN başçısı əlavə edib.

Son xəbərlər

Orphus sistemi