Rusiya vətəndaşı doqquz mindən çox əcnəbi vətəndaşı tərk edilmiş evə qeydiyyata saldırıb

Rusiya vətəndaşı doqquz mindən çox əcnəbi vətəndaşı tərk edilmiş evə qeydiyyata saldırıb Qeydiyyata düşənlər arasında Azərbaycan vətəndaşları da var
Region
25 Yanvar , 2017 11:50
Rusiya vətəndaşı doqquz mindən çox əcnəbi vətəndaşı tərk edilmiş evə qeydiyyata saldırıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Rusiyanın Primorski diyarında yerləşən Ussuriysk şəhərinin sakini tərk edilmiş evə doqquz mindən çox əcnəbi vətəndaşı qeydiyyata saldırıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsinin saytında məlumat verilib.

32 yaşlı qadın 2015-ci ilin səkkiz ayı ərzində ikimərtəbəli evdə Özbəkistan, Qırğızıstan, Tacikistan, Azərbaycan, Ermənistan, Qazaxıstan, Çin, Ukrayna, Moldova və Belarusdan olan 9117 vətəndaşı qeydiyyata saldırıb. Müəyyən edilib ki, onlar faktiki qeydiyyat üzrə yaşamayıblar, bina tərk edilmiş vəziyyətdədir və yaşayış sahəsi kimi istifadə olunmur.

Ussuriysk Mülki Məhkəməsi qadını saxta sənədlərlə əcnəbiləri qeydiyyata almaqda təqsirkar bilib və onu 100 min rubl məbləğində cərimələnməsinə dair hökm çıxarıb.

Son xəbərlər

Orphus sistemi