Yuxarı

​Rusiya və Ukrayna bir-birinə tətbiq etdiyi qadağanı ləğv edib

Razılaşma fevralın 25-i saat 00.00-dan etibarən qüvvəyə minəcək

Bakı. 24 fevral. REPORT.AZ/ Ukrayna ilə Rusiya arasında tranzit yüklərin daşınması haqda razılıq əldə edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ukraynanın infrastruktur naziri Andrey Pivovarski bildirib

Məlumata görə, razılaşma fevralın 25-i saat 00.00-dan etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, fevralın 14-dən hər iki ölkə qarşlıqlı olaraq Rusiya və Ukraynaya məxsus yük avtomobillərinin bir-birinin ərazisindən keçməsini qadağan etmişdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi