Yuxarı
    Bağlamaq

    Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

    Söhbət zamanı Suriyada böhran vəziyyəti, beynəlxalq terrorizmlə birgə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb

    Bakı. 9 fevral. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

    "Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, tərəflər Suriya məsələsini müzakirə ediblər.

    "Bu gün Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Söhbət zamanı Suriyada böhran vəziyyəti, beynəlxalq terrorizmlə birgə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb", - Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

    Söhbət zamanı V.Putin Əl-Bab yaxınlığında baş vermiş insident zamanı Türkiyənin bir neçə hərbçisinin həlak olması ilə bağlı başsağlığı verib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi