Rusiya və İranın XİN rəhbərləri Suriyadakı vəziyyəti müzakirə ediblər

Rusiya və İranın XİN rəhbərləri Suriyadakı vəziyyəti müzakirə ediblər Tərəflər bir sıra ikitərəfli məsələlərə də toxunublar
Region
16 Yanvar , 2017 21:45
Rusiya və İranın XİN rəhbərləri Suriyadakı vəziyyəti müzakirə ediblər

Bakı. 16 yanvar. REPORT.AZ/ Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Cavad Zərif telefon vasitəsi ilə Suriyadakı vəziyyəti və Astanada oradakı münaqişə ilə bağlı danışıqların aparılmasını müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici siyasət idarəsinin saytında dərc olunan məlumatda bildirilir.

Qeyd olunur ki, telefon danışığı bazar ertəsi Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Məlumata görə, tərəflər bir sıra ikitərəfli məsələlərə də toxunublar.

Son xəbərlər

Orphus sistemi