Rusiya və İran dinc atom barədə saziş imzalamağı planlaşdırır

Rusiya və İran dinc atom barədə saziş imzalamağı planlaşdırır Həsən Ruhaninin Moskvaya səfərinin yekununda atom sahəsində əməkdaşlıq haqqında memorandum imzalanacaq
Region
28 Mart , 2017 11:47
Rusiya və İran dinc atom barədə saziş imzalamağı planlaşdırır
i24 News

Bakı. 28 mart. REPORT.AZ/ İran prezidenti Həsən Ruhaninin Moskvaya səfərinin yekununda Rusiya və İran atom sahəsində əməkdaşlığın inkişafı haqqında memorandum imzalayacaqlar.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

"Söhbət təbii ki, atom enerjisinin dinc məqsədlər üçün istifadəsindən gedir. Enerjidən, o cümlədən Buşehrdə ikinci və üçüncü reaktorun tikintisi üzrə istifadə edilə bilər", - mənbə vurğulayıb.

Onun sözlərinə görə, sənəd həm də nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığın ayrı-ayrı aspektlərini müəyyən edən məsələlərə aid olacaq.

Qeyd edək ki, İran prezidenti martın 27-dən Rusiyada səfərdədir.

Son xəbərlər

Orphus sistemi