Yuxarı
    Bağlamaq

    ​Rusiya və Gürcüstan ölkələr arasındakı aviareyslərin intensivliyi barəsində razılığa gələ bilmədilər

    Danışıqlar yanvarın 26 və 27-də Tiflisdə keçirilib

    Bakı. 28 yanvar. REPORT.AZ/ Rusiya və Gürcüstan ölkələr arasındakı aviareyslərin intensivliyi barəsində apardığı danışıqlarda razılığa gələ bilməyibilər. Bu barədə "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir.

    Danışıqlar yanvarın 26 və 27-də Tiflisdə keçirilib.

    "Söhbət aviareyslərin çoxaldılmasından gedir. Son nəticə əldə olunmadığı üçün hələlik əvvəl razılaşdırılan həftədə 18 uçuşun həyata keçirilməsi davam etdirilir. Bir müddət əvvəl yanvarın 31-nə kimi qüvvədə olan həftədə 18 uçuşun həyata keçirilməsi qrafiki davam edəcək. Ona görə də hələ bir neçə gün vaxtımız var", - Gürcüstan mülki Aviasiyasının rəhbəri Quram Calaqoniya deyib.

    Rusiya və Gürcüstan arasında mütəmadi birbaşa aviareyslər iki ölkə arasında münasibətlərin gərginləşməsindən sonra ləğv edilib. Mütəmadi uçuşların bərpa edilməsi qərarı 2014-cü ilin sentyabrında qəbul olunub. Oktyabrın 26-da "Аэрофлот" Moskvadan Tiflisə ilk reysini həyata keçirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi