Yuxarı
    Bağlamaq

    ​Rusiya və Ermənistan müdafiə nazirləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

    Sergey Şoyqu deyib ki, Rusiya Müdafiə Nazirliyinin ali məktəblərində pulsuz təhsil alan erməni hərbçilərinin sayını artırmağa hazırdılar

    Bakı. 16 avqust. REPORT.AZ/ Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqustun 16-da Yerevanda erməni həmkarı Seyran Ohanyanla görüşüb. 

    "Report" TASS-a istinadən xəbər verir ki, görüşdə Cənubi Qafqazda təhlükəsizlik və ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub. 

    S.Şoyqu Rusiya Müdafiə Nazirliyinin ali məktəblərində pulsuz təhsil alan erməni hərbçilərinin sayını artırmağa hazır olduqlarını deyib. O, bölgədə baş verənlər fonunda planlarını nəzərdən keçirdiklərini də vurğulayıb.

    Xəbərə görə, Seyran Ohanyan Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası ilə münasibətlərinin yaxşı olduğunu və Rusiya ilə nəzərdə tutulan bütün hərbi planları yerinə yetirdiklərini söyləyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi