Rusiya və Ermənistan vizasız səyahət barədə sazişə dəyişikliyi imzalayıb

Rusiya və Ermənistan vizasız səyahət barədə sazişə dəyişikliyi imzalayıb Ermənistan baş nazirinin Rusiyaya səfərinin yekununda Moskva və Yerevan arasında dörd ikitərəfli sənəd imzalanıb
Region
24 Yanvar , 2017 17:23
Rusiya və Ermənistan vizasız səyahət barədə sazişə dəyişikliyi imzalayıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Ermənistanın Baş naziri Karen Karapetyanın Rusiyaya səfərinin yekunları üzrə Moskva və Yerevan arasında dörd ikitərəfli sənəd imzalanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, buraya qarşılıqlı vizasız səyahət barədə sazişə dəyişikliklə əlaqədar sənəd də daxildir.

Qeyd edək ki, yanvar ayında Ermənistan hökuməti Rusiya ilə vizasız rejim haqqında sazişə dəyişiklik barədə təklifini təsdiqləyib. Yeni sənədə əsasən, Rusiya vətəndaşları daxili pasportlarla Ermənistana səfər edə biləcəklər. Bu qərar turist axınının artmasına yönəlib.

Bundan əlavə, Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi ilə Ermənistan İqtisadi İnkişaf və və İnvestisiyalar Nazirliyi arasında Əməkdaşlıq Memorandumu, eləcə də 2016-2021-ci illər üzrə regionlararası əməkdaşlıq proqramı imzalanıb.

Son xəbərlər

Orphus sistemi