Rusiya və Ermənistan liderləri Soçidə görüşəcəklər

Rusiya və Ermənistan liderləri Soçidə görüşəcəklər Görüş mayın 14-nə planlaşdırılıb
Region
14 May , 2018 01:38
Rusiya və Ermənistan liderləri Soçidə görüşəcəklər
РИА Новости

Bakı. 14 may. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi Soçidə ikitərəfli görüş keçirəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, danışıqların Avrasiya İqtisadi İttifaqı sammitinin "meydanları"nda aparılması planlaşdırılıb.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, mayın 14-də keçiriləcək görüşdə tərəflər regional təhlükəsizliyin aktual məsələləri, həmçinin ikitərəfi gündəliyin əsas məsələlərini müzakirə edə biləcəklər.

Uşakovun sözlərinə görə, bu, Ermənistan baş naziri ilə ilk rabitə olacaq və bu özlüyündə iki ölkə rəhbərinin bir-biri ilə tanış olması baxımından vacibdir.

Son xəbərlər

Orphus sistemi