Rusiya və ABŞ prezidentləri noyabrda görüşə bilər
Region
- 20 oktyabr, 2018
- 00:29
Bakı. 20 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp bu il Paris və Buenos-Ayresdə görüşə bilər.
“Report” "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Amerikanın yüksəkvəzifəli məmuru deyib.
Söhbət Fransada I Dünya müharibəsinin başa çatmasının yüz illiyi ilə bağlı keçiriləcək tədbirlərdən gedir. Bundan əlavə, iki ölkə liderinin noyabrın 30-da Buenos-Ayresdə başlayacaq G20 sammiti çərçivəsində görüşü mümkündür.
Bundan əvvəl Vladimir Putin Donald Trampın Rusiya ilə münasibətləri sabitləşdirmək istədiyini bildirib.
Son xəbərlər
03:41
İstanbulda əməliyyat keçirilib, 22 nəfər həbs edilib
Region03:15
Şeynbaum: FIFA DÇ-2026-da İran yığmasının oyunlarını ABŞ-dən Meksikaya keçirməyəcək
Futbol02:52
ABŞ qoşunlarını Böyük Britaniyadan çıxarmayacaq
Digər ölkələr02:40
Elin Süleymanov Londonun lord-meri ilə Pasxa ziyafətində olub
Xarici siyasət02:28
ABŞ Meksika ilə sərhəddə PUA-lara qarşı lazer sistemi yerləşdirəcək
Digər ölkələr01:39
Tramp administrasiyada kütləvi əfvləri istisna etməyib
Digər ölkələr01:11
Qərbi Azərbaycan Xronikası: "Sultan Səlimin qoşunları Kiçik Vedidə düşərgə salıb"
Daxili siyasət00:43
KİV: İslamabad danışıqlarında uranın zənginləşdirilməsi müzakirə olunacaq
Region00:10