Yuxarı

Rusiya və ABŞ diplomatları Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib

Müzakirənin bir mövzusu da Ukraynadakı böhranlı vəziyyət olub

Bakı. 12 mart. REPORT.AZ/ Martın 12-də stats-katib, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ABŞ-ın Rusiyadakı səfiri Con Tefftanı onun xahişi ilə qəbul edib. 

"Report" Rusiya XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Ukraynadakı böhranın həlli perspektivləri, eləcə də Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər. 

"Rusiya tərəfi bir gün əvvəl elan olunan yeni adların yer aldığı siyahılar da daxil olmaqla, ABŞ-ın RF-yə qarşı tətbiq etdiyi sanksiyaların səmərəsiz olduğunu vurğulayıb", - Rusiya XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi