​Rusiya TÜRKSOY-la əməkdaşlığı dayandırır

​Rusiya TÜRKSOY-la əməkdaşlığı dayandırır Ölkənin Mədəniyyət Nazirliyi Rusiyanın türkdilli respublikalarına uyğun teleqram göndərib
Region
27 Noyabr , 2015 18:58
​Rusiya TÜRKSOY-la əməkdaşlığı dayandırır

Bakı. 27 noyabr. REPORT.AZ/ Rusiya Mədəniyyət Nazirliyi TÜRKSOY-la (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) əməkdaşlığı dayandırır.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Məlumata görə, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski Altay, Başqırdıstan, Saxa (Yakutiya), Tatarıstan, Tuva, Xakasiyanın hökumət başçılarına TÜRKSOY-la təmasların təcili olaraq dayandırılması ilə bağlı teleqram göndərib. 

Son xəbərlər

Orphus sistemi