Yuxarı

​Rusiya Türkiyəyə nota verib

Türkiyənin səfirinə Rusiyanın təyyarəsi ətrafında yaranmış hadisə ilə bağlı ciddi xəbərdarlıq və etiraz olunub

Bakı. 25 noyabr. REPORT.AZ/ Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) "Su-24" təyyarəsinin vurulması ilə bağlı Türkiyənin Moskvadakı səfiri Ümid Yardıma ölkəsinin nota sənədini təqdim edib.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

"Türkiyənin səfirinə Rusiyanın təyyarəsi ətrafında yaranmış hadisə ilə bağlı ciddi xəbərdarlıq və etiraz edilib", - məlumatda vurğulanıb.

Qeyd edək ki, noyabrın 24-də səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozub. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün ruslara 10 dəfə xəbərdarlıq edib. Bundan sonra Türkiyənin "F-16" qırıcıları "Su-24"ü zərərsizləşdirib.

Rusiya prezidenti Vladimir Putin bu hadisəni "arxadan zərbə" adlandırıb.

Türkiyə prezidenti isə deyib: "Türkiyənin öz sərhədlərini qorumaq haqqı var, hamı bu qanuni hüquqa hörmət etməlidir".

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, "Su-24"-ün pilotlarından biri ölüb. Açıqlamada bildirilib ki, pilotları xilas etmək üçün hadisə yerinə uçan helikopter vurulub, Rusiyanın bir hərbi dəniz piyadası öldürülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi