Yuxarı
    Bağlamaq

    Rusiya Türkiyənin xidməti pasportlara malik vətəndaşlarına vizanı götürə bilər

    Aleksey Meşkov: Biz bunu etməyə hazırıq

    Bakı. 2 dekabr. REPORT.AZ/ “Türkiyədəki təhlükəsizlik sahəsində vəziyyətin asan olmadığnı nəzərə alaraq ilk addım kimi xidməti pasportlara vizasız rejim tətbiq etməyə və biznes sektoru üçün daha fərqli şərait yaratmağa hazırıq".

    “Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov bildirib.

    Qeyd edək ki, son zamanlar Türkiyə və Rusiya rəsmiləri arasında keçirilən görüşdə tərəflər viza rejiminin sadələşdirilməsi və ya ləğv edilməsi məsələsini müzakirə edirlər. Bu ilin avqustunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Rusiyanın dövlət başçısı Vladimir Putin Türkiyə vətəndaşlarına tətbiq edilən viza rejiminin addım-addım aradan qaldırmağa hazır olduqlarını bildirmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi