Yuxarı
    Bağlamaq

    Rusiya Türkiyənin hava sərhədini pozduğunu etiraf edib

    Rusiya tərəfi məsələ ilə bağlı Türkiyənin Moskvadakı səfirliyinə izahat təqdim edib

    Bakı. 5 oktyabr. REPORT.AZ/ "Rusiya qırıcısının Türkiyənın hava məkanını pozması hadisəsi baş verib".

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Ankaradakı səfirliyinin mətbuat katibi İqor Mityakov bildirib.

    Onun sözlərinə görə, Rusiya tərəfi məsələ ilə bağlı Türkiyənin Moskvadakı səfirliyinə izahat təqdim edib.

    Xatırladaq ki, oktyabrın 3-də Rusiyanın hərbi təyyarəsi Türkiyənin Hatay əyalətinin Yayladağı bölgəsinin cənubunda hava sərhədini pozub. Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu nazirliyə çağıraraq hadisə ilə bağlı ona etiraz notası təqdim edib.

    Nazirlikdən bildirilmişdi ki, Rusiyanın səfiri Türkiyə XİN-ə çağırılaraq, bu sayaq əməllərin bir daha təkrarlanmaması üçün tədbirlərin görülməsi tələb edilib: "Əks halda baş verə biləcək arzu edilməyən bütün hadisələrin məsuliyyətini Rusiya daşıyacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi