​Rusiya Türkiyənin İraq ərazisindəki hərəkətlərini qanunsuz adlandırıb

​Rusiya Türkiyənin İraq ərazisindəki hərəkətlərini qanunsuz adlandırıb XİN: "Buna hazırlıq, treninq və sair arqumentlərlə haqq qazandırmaq çətindir"
Region
14 Dekabr , 2015 04:27
​Rusiya Türkiyənin İraq ərazisindəki hərəkətlərini qanunsuz adlandırıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Rusiya Türkiyənin İraqın şimalındakı hərəkətlərini qanunsuz hesab edir, hansısa arqumentlərlə bu müdaxiləyə haqq qazandırmaq çətindir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov bəyan edib.

"Biz hesab edirik ki, İraqın şimalında baş verənlər, Türkiyənin qanunsuz hərəkətləridir, çünki bu, qonşu dövlətin ərazisinə müdaxilədir, özü də belə bir miqyasda. Buna hazırlıq, treninq və sair arqumentlərlə haqq qazandırmaq çətindir. Ona görə də bu bizdə narahatçılıq yaradır", — deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi