Rusiya Türkiyə ilə hərtərəfli hərbi-texniki əməkdaşlığa hazır olduğunu açıqlayıb

Rusiya Türkiyə ilə hərtərəfli hərbi-texniki əməkdaşlığa hazır olduğunu açıqlayıb Bakı. 24 avqust. REPORT.AZ/ Rusiya Ankaranın istəyi olacağı təqdirdə Türkiyə ilə hərtərəfli hərbi-texniki əməkdaşlığa hazırdır.
Region
24 Avqust , 2018 12:40
Rusiya Türkiyə ilə hərtərəfli hərbi-texniki əməkdaşlığa hazır olduğunu açıqlayıb
0 : 00
0 : 00

Bakı. 24 avqust. REPORT.AZ/ "Rusiya Ankaranın istəyi olacağı təqdirdə Türkiyə ilə hərtərəfli hərbi-texniki əməkdaşlığa hazırdır".

"Report" RT-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (HTƏFX) rəisi Dmitri Şuqaev bildirib.

"Türkiyə tərəfdən sistemlərimizə, aviasiya komplekslərimizə istək olacağı təqdirdə bunu nəzərdən keçirməyə hazırıq. "S-400"lərlə bağlı məsələyə müsbət cavab verib müqavilə imzaladığımız kimi, Türkiyə ilə digər texnikalar üzrə hərtərəfli hərbi-texniki əməkdaşlığa hazırıq", - D.Şuqaev deyib.

Onun sözlərinə görə, hələlik Türkiyə Rusiyadan qırıcılar almaqla bağlı rəsmi Moskvaya müraciət etməyib. 

Son xəbərlər

Orphus sistemi