Yuxarı

Nursultan Nazarbayev: "Rusiya təyyarəsi Türkiyəyə hücum etməyib, Türkiyə sərhədini keçməyib"

Qazaxıstan prezidenti: İki ölkə arasında baş verənlərdən çox məyus oldum

Bakı. 30 noyabr. REPORT.AZ/ "Nə qədər çətin olsa da, hesab edirəm ki, birgə komissiya yaradılmalı, araşdırma aparılıb tez başa çatdırılmalı, günahkarlar müəyyənləşdirilməli, səhvlər etiraf olunmalı və münasibətlər bərpa edilməlidir. Mən dostlarımızı - Rusiya və Türkiyəni buna çağırıram".

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Nursultan Nazarbayev deyib. 

Qazaxıstan rəhbəri televiziya ilə yayımlanan illik çıxışında Türkiyə sərhədini pozan Rusiya təyyarəsinin vurulması nəticəsində iki ölkə arasında yaranmış gərginliyin aradan qaldırılması haqda danışıb: "Rusiya ilə Türkiyə arasında baş verənlərdən çox məyus oldum. Hələlik baş verən hadisənin incəlikləri bizə aydın deyil. Ancaq fakt budur ki, Rusiya təyyarəsi Türkiyəyə hücum etməyib, Türkiyə sərhədini keçməyib, terrorçularla savaşmağa gedib". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi