Yuxarı
    Bağlamaq

    ​Rusiya təyyarələri Türkiyənin hava sahəsində uçuşlara başlayıb

    Sergey Rıjkov: Təyyarə Ərzurumdan havaya qalxıb, 1500 metr yüksəklikdə uçacaq

    Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiyanın "An-30B" tipli təyyarəsi Türkiyənin hava sahəsində müşahidə uçuşu aparmağa başlayıb.

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın Milli Atom Riskini Azaltma Mərkəzinin sədri Sergey Rıjkov bildirib.

    Onun sözlərinə görə, kəşfiyyat uçuşları dekabrın 18-dək davam edəcək. Mərkəz rəhbəri qeyd edib ki, təyyarə Türkiyənin qərbindən, Ərzurumdan havaya qalxıb, 1500 metr yüksəklikdə uçacaq: "Bu uçuş Türkiyə tərəfinin müəyyən etdiyi marşrut istiqamətində həyata keçiriləcək. Bu uçuşlarda Türkiyənin uyğun qurumlarının rəsmiləri də işitrak edəcək".

    Qeyd edək ki, 1992-ci ildə ATƏT-ə üzv olan 27 dövlət "Açıq Hava Sahəsi Müqaviləsi"ni imzalayıb. Rusiya bu müqaviləni 2001-ci ilin mayında təsdiqləyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi