Yuxarı

​Rusiya Təhlükəsizlik Şurasının katibi Yerevana səfər edəcək

Toplantıya KTMT-nin baş katibi Nikolay Bordyuja da qatılacaq

Bakı. 3 iyun. REPORT.AZ/ Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Yerevana səfər edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası Aparatının mətbuat xidməti məlumat yayıb.

O, iyunun 7-8-də Kollektiv Təhlüksizlik Müqaviləsi Təşkilatı (KTMT) katibləri komitəsinin növbəti iclasında iştirak edəcək.

Məlumata görə, komitənin toplantısında KTMT-yə üzv dövlətlərin beynəlxalq terrorçuluq və ektremizmə qarşı kollektiv təhlükəsizlik tədbirlərinin inkişaf sistemləri, eləcə də qurum məkanında regional təhlükəsizliyin təmin edilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.

Toplantıya KTMT-nin baş katibi Nikolay Bordyuja da qatılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi