Bakı. 10 yanvar. REPORT.AZ/ Ankaradakı Müasir İncəsənət Mərkəzinin sərgi salonuna Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlovun adı verilib.
“Report” TASS-a istinadən xəbər verir ki, səfirə həmin zalda sui-qəsd edilib.
Məlumata görə, ad verilməsi ilə bağlı keçirilən mərasimdə Ankaranın Çankaya rayonu bələdiyyəsinin sədri Alpər Taşdelen diplomatın qətlinin Türkiyə və Rusiya xalqlarının hiddətinə səbəb olduğunu söyləyib: “Bu zal həmişə Andrey Karlovun xatirəsini yaşadacaq”.
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankara şəhərindəki Rusiya səfirliyinin yerləşdiyi küçəyə dekabrın 19-da qətlə yetirilmiş səfir Andrey Karlovun adı verilib.