Yuxarı

Rusiya rəsmisi: "Xarici ölkələrin ərazisində nüvə silahı yerləşdirməyəcəyik"

Mixail Ulyanov: Rusiya 1989-1990-cı illərdə xarici ölkələrdən öz nüvə silahlarını çıxarıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Rusiya xarici ölkələrin ərazisində nüvə silahı yerləşdirməyəcək".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi Silahların yayılmaması və nəzarəti məsələləri üzrə idarəsinin direktoru Mixail Ulyanov bildirib.

"Rusiya 1989-1990-cı illərdə xarici ölkələrdən öz nüvə silahlarını çıxarıb. Taktiki silahlar da daxil olmaqla bütün nüvə silahları milli ərazimizdədir. Biz başqa bölgələrdə atom silahı yerləşdirməyi planlaşdırmırıq", - deyə direktor vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl nüvəyə malik dövlətlər, o cümlədən Rusiya atom silahının qadağan edilməsi üzrə danışıqlarda iştirak etməyəcəyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi