Rusiya Qırğızıstanın sabiq prezidentinin müşavirini ölkəsinə ekstradisiya edib

Rusiya Qırğızıstanın sabiq prezidentinin müşavirini ölkəsinə ekstradisiya edib
Region
20 Oktyabr , 2018 10:09
Rusiya Qırğızıstanın sabiq prezidentinin müşavirini ölkəsinə ekstradisiya edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin müşaviri Rusiyadan ekstradisiya edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, İkramjan İlmiyanov Moskvada həbs olunaraq Bişkekə göndərilib.

"Şahidlərin sözlərinə görə, o, təyyarədə mülki geyimli adamların müşayiəti ilə əli qandallı aparılıb", - xəbərdə qeyd olunub.

İstintaqın məlumatına görə, İ.İlmiyanov 150 min dollar məbləğində rüşvət almaqda şübhəli bilinərək axtarışda olub.

Son xəbərlər

Orphus sistemi