Rusiya Qazaxıstandakı layihələrindən imtina edir

Rusiya Qazaxıstandakı layihələrindən imtina edir Moskva dünya iqtisadiyyatı ilə bağlı konyuktur problemlərə əsaslanır
Region
30 Dekabr , 2015 15:52
Rusiya Qazaxıstandakı layihələrindən imtina edir

Bakı. 30 dekabr. REPORT.AZ/ Rusiya maliyyə böhranı ilə əlaqədar olaraq Qazaxıstandakı layihələrindən imtina edir. "Report" xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i yazıb.

Məlumata görə, Qazaxıstanda Rusiya investisiyaları hesabına həyata keçirilməli olan bir sıra layihələr dayandırılıb. Moskva isə dünya iqtisadiyyatı ilə bağlı konyuktur problemlərə əsaslanır.

Qeyd edək ki, bu layihələrin bəziləri rəsmi Astana və Moskva arasında uzun illər ərzində aparılan hökumətlərarası danışıqlarda müzakirə olunub və sonra razılaşma əldə olunub.

Avqust ayında isə Rusiyanın "LUKoyl" şirkəti özündə Qazaxıstandakı beş neft yatağını birləşdirən "Caspian Investments Resources Ltd" layihəsindəki 50 faizlik payını Çinin "Sinopec" şirkətinə 1,087 milyard dollara satıb.

Son xəbərlər

Orphus sistemi