Rusiya prezidentinin Türkiyəyə səfərinin tarixi açıqlanıb

Rusiya prezidentinin Türkiyəyə səfərinin tarixi açıqlanıb Yuri Uşakov: "Putin İstanbulda keçirilən enerji konqresində çıxış edəcək və Ərdoğanla görüşəcək"
Region
4 Oktyabr , 2016 16:42
Rusiya prezidentinin Türkiyəyə səfərinin tarixi açıqlanıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin oktyabrın 10-da Türkiyəyə səfər edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, həmin gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını qəbul edəcək: "Prezident İstanbulda keçirilən enerji konqresində çıxış edəcək və Ərdoğanla görüşəcək".

Qeyd edək ki, oktyabrın 9-13-də İstanbulda Beynəlxalq Enerji Konqresi keçiriləcək. Bu tarixdə Türkiyə-Rusiya hökumətlərarası komissiyasının da iclası olacaq. 

Son xəbərlər

Orphus sistemi