Yuxarı

Rusiya prezidentinin mətbuat katibi: "ABŞ-ın yeni sanksiyaları məntiqsizdir"

Yeni sanksiyalar iki ölkə arasındaki əlaqələrə xələl gətirəcək

Bakı. 23 dekabr. REPORT.AZ/ Rəsmi Moskva hesab edir ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar məntiqsizdir və bu addım iki ölkə arasındaki əlaqələrə xələl gətirəcək. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton Rusiya əleyhinə siyasəti davam etdirir və bu sanksiyalar cavabsız qalmayacaq.

"Əlbəttə, vəziyyət təhlil ediləcək və cavab addımlar atılacaq. Əfsuslar olsun ki, ABŞ zamanın tələblərini nəzərə almır və əlaqələrin gərginləşdirilməsi xəttini davam etdirir", - deyə Peskov bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi