Rusiya Prezidenti: "Türkiyə Suriyada terrorizmlə mübarizədə çox effektiv fəaliyyət göstərir"

Rusiya Prezidenti: "Türkiyə Suriyada terrorizmlə mübarizədə çox effektiv fəaliyyət göstərir" Rusiya Prezidenti: "Hazırda Türkiyə deeskalasiya zonası yaradılması ilə bağlı işləri davam etdirir"
Region
18 Oktyabr , 2018 17:20
Rusiya Prezidenti: Türkiyə Suriyada terrorizmlə mübarizədə çox effektiv fəaliyyət göstərir
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Hər şey elə də asan deyil, əksinə, çətindir. Amma türkiyəli tərəfdaşlar Suriyanın İdlib şəhərində deeskalasiya zonası yaratmaqla bağlı üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirir".

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" beynəlxalq müzakirə klubunun iclasında deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə deeskalasiya zonası yaradılması ilə bağlı işləri davam etdirir.

"Hələ ki o zonadan terrorçular, elə ona görə də bütün ağır silahlar çıxarılmayıb. Amma türkiyəli tərəfdaşlar bütün öhdəliklərini yerinə yetirməyə çalışırlar. Məsələ asan olmasa da, Türkiyə Suriyada terrorizmlə mübarizədə çox effektiv fəaliyyət göstərir", - Rusiya Prezidenti deyib.

Son xəbərlər

Orphus sistemi