Yuxarı
    Bağlamaq

    ​Rusiya prezidenti: "Terrorçular Rusiyanın Türkiyə ilə vizasız rejimindən istifadə edirdilər"

    Lakin Ankara Moskvanın bu əndişəsinə reaksiya vermədi

    Bakı. 01 dekabr. REPORT.AZ/ "Terrorçular Rusiyanın Türkiyə ilə vizasız rejimindən öz yerdəyişmələri üçün istifadə edirlər, lakin Ankara Moskvanın bu əndişəsinə reaksiya vermədi".

    "Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Parisdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

    O, iki ölkə arasındakı münasibətlərdə yaranan bir sıra problemlərdən danışıb:

    "Biz Rusiyanın ayrı-ayrı bölgələrində, eləcə də, Şimali Qafqazda, əllərində silah bizimlə döyüşən və döyüşmək istəyən terror təşkilatları nümayəndələrinin Türkiyə ərazisində "üzə çıxdıqları"na diqqət yetirməyi və Ankaradan "bu praktikaya son qoymağı" çoxdan xahiş etmişdik. Bununla belə görürük ki, onlar Türkiyə Respublikası ərazisindədirlər, xüsusi xidmət orqanları və polis tərəfindən mühafizə olunan bölgələrdə yaşayırlar, sonra isə vizasız rejimdən istifadə edərək, yenidən bizim əraziyə keçirlər və biz onlarla mübarizəni davam etdiririk".

    Rusiya prezidenti bildirib ki, bu problemlər çoxdan yetişib və Moskva dəfələrlə "necə deyərlər tərəfdaşlıq kanalları vasitəsi ilə xüsusi xidmət orqanları, XİN və ən yüksək siyasi səviyyədə" onları qaldırıb.

    "Çox təəssüf ki, biz öz narahatçılıqlarımıza tərəfdaş reaksiyası görmədik", - deyə o bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi