Yuxarı

​Rusiya prezidenti: "Rəngli texnologiyalar"ın tətbiqi təhlükəsi var"

Putin: Ekstremizm davakar milliyyətçiliyin zəhəridir

Bakı. 4 mart. REPORT.AZ/ "Rusiyanın ictimai həyatına "rəngli texnologiyalar"ın tətbiqi təhlükəsi var"

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegiya iclasında deyib.

"Ekstremistlər daha da inkişaf etmiş hala çatıblar. Biz "rəngli texnologiyalar"dan istifadə cəhdi ilə qarşılaşırıq. Onlar küçələrdə qanunsuz yürüşlərdən başlayaraq, sosial şəbəkələrdə düşmənçilik və nifrət toxumu səpməyi təşkil edirlər. Ekstremizm davakar milliyyətçiliyin zəhəridir", - Rusiya prezidenti vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi