Yuxarı

​Rusiya prezidenti ölən hərbçilərin ailələrinə başsağlığı verib

Dmitri Peskov: Vladimir Putin axtarış-xilasetmə işlərinin gedişatı barədə davamlı olaraq, məlumatlandırılır

Bakı. 13 iyul. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin iyulun 13-də Omsk vilayətində Hərbi Desant təlim mərkəzinin 4 mərtəbəli kazarmasının uçması nəticəsində ölənlərin ailələrinə və ölkənin bütün Silahlı Qüvvələrinə başsağlığı verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin axtarış-xilasetmə işlərinin gedişatı barədə davamlı olaraq, məlumatlandırılır.

Rusiya prezidenti müdafiə naziri Sergey Şoyquya xəsarət alanlara lazımı tibbi yardımın göstəriləməsi barədə tapşırıq verib.

Qeyd edək ki, hadisə nəticəsində 18 hərbçi ölüb, 19-u yaralanıb, 5-nin isə axtarışı davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi