Rusiya prezidenti internetdə anonimliyə qarşı sərəncam imzalayıb

Rusiya prezidenti internetdə anonimliyə qarşı sərəncam imzalayıb İnternet istifadəçilərinin anonimliyinin, məsuliyyətsizliyinin və cəzasız qalmalarının qarşısını alacaq tədbirlər görüləcək
Region
11 May , 2017 15:38
Rusiya prezidenti internetdə anonimliyə qarşı sərəncam imzalayıb

Bakı. 11 may. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin internetdə anonimliyə qarşı və KİV-ə oxşar servislərin nizamlanması üzrə sərəncam imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya prezidentinin saytında dərc olunmuş "2017-2030-cu illər üzrə Rusiya Federasiyasında informasiya cəmiyyətinin inkişaf strategiyası"nda göstərilib.

İndi hökumət altı ay ərzində ənənəvi KİV-lərə dəstək və onlara oxşar servislərin nizamlanması ilə məşğul olacaq. Burada söhbət xəbər aqreqatorlarından, sosial şəbəkələrdən, internet televiziyadan, messencerlərdən, eləcə də "internet şəbəkəsində saytlar"dan gedir.

Bundan əlavə, sənəddə internet istifadəçilərinin anonimliyinin, məsuliyyətsizliyinin və cəzasız qalmalarının qarşısını alacaq tədbirlər görüləcəyi göstərilib.

Qeyd edilib ki, 2017-ci il oktyabrın 1-dək səlahiyyətli şəxslər dövlət orqanlarına Rusiya şifrələmə vasitələrinə keçidə imkan verəcək tədbirlər işləyib hazırlamalı, eləcə də Rusiya infrastrukturunun kiberhücumlardan müdafiə sistemini yaratmalıdırlar.

Son xəbərlər

Orphus sistemi