Yuxarı
    Bağlamaq

    ​Rusiya prezidenti İrana səfər edəcək

    Vladimir Putin İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamenei və ölkə prezidenti Həsən Ruhani ilə görüşəcək

    Bakı. 20 noyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin İranda keçiriləcək təbii qaz ixrac edən ölkələrin forumunda iştirak etmək üçün Tehrana səfər edəcək.

    "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

    Onun sözlərinə görə, səfər çərçivəsində V.Putin İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamenei və ölkə prezidenti Həsən Ruhani ilə görüşəcək.

    Qeyd edək ki, forum noyabrın 23-də keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi